
Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində “Beşiktaş” - “Fənərbağça” derbisi baş tutub.
Rezonans.az xəbər verir ki, “Vodafone Park” arenada keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Prinsipial görüşdə hesabı “Fənərbağa” klubunun çexiyalı müdafiəçisi Filip Novak açıb. Matçın 31-ci dəqiqəsində “Beşiktaş” penalti qazanıb. Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq vuraraq hesabı bərabərləşdirib.
Bu görüşdən sonra "Fənərbağça" 69 xalla turnir cədvəlinin ikinci pilləsində, "Beşiktaş" isə 55 xalla 7-ci yerdə qərarlaşıb.