Qazaxıstan Prezidenti də Azərbaycana gəldi

img

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Rezonans.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbəri paylaş: