ABŞ-nin Bakıdakı agenturası ilə görüşü ləğv olundu

img

ABŞ-ın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

Rezonans.az xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.

Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gözlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.

Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.

Qeyd edək ki, “Məzunların yubiley qalası” adı verilən tədbir sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi.

Xəbəri paylaş: