“Bəzi Qərb ölkələri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı mübarizə aparır”.
Rezonans.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossii 1” telekanalında “Moskva. Kreml. Putin” verilişində deyib.
“Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də oxşar mübarizə diplomatik maskalarla aparılıb. İndi bu maskalar çoxdan atılıb və döyüş birbaşa, açıq üzlə aparılır. Həqiqətən də, bir sıra dövlətlər hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”, - Peskov bildirib.
“Bizi oradan sıxışdırmağa çalışmaları faktı - bəli, biz bunu bilirik. Amma hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin qarantı rolunu oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”, - Kreml nümayəndəsi əlavə edib.