Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində sakinləri qəbul edib.
Rezonans.az xəbər verir ki, qəbulda rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri iştirak edib.
Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.