Toivo Klaar Türkiyədə İrəvan-Bakı sülh prosesini müzakirə edib

img

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə edib.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Klaar X sosial şəbəkəsindəki hesabında açıqlayıb.

Onun sözlərinə görə, noyabrın 28-i Ankarada səfərdə olub: “Aİ və Türkiyə arasında Cənubi Qafqazla bağlı ortaq maraq doğuran məsələlər, xüsusilə də Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib”.

Xəbəri paylaş: