Ukrayna Hərbi Dəniz Qüvvələri komandanının aviasiya üzrə müavini, polkovnik İqor Bedzay döyüşlərdə həlak olub.
Rezonans.az xəbər verir ki, bu barədə “Sağ qayıt” fondunun direktoru Taras Çmut məlumat yayıb.
O qeyd edib ki, Bedzay Rusiya raketi ilə vurulan Mi-14 helikopterinin ekipajının tərkibində olub.
"O, daha çox Sak yaxınlığındakı Novofedorovkadan olan 10-cu Hərbi Dəniz Aviasiya Briqadasının keçmiş komandiri kimi tanınır”, - deyə Çmut bildirib.










