Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı

img

Fevralın 24-dən mayın 8-dək Ukraynada 3381 mülki şəxs həlak olub, 3680-i yaralanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

 

Qeyd olunur ki, həlak olanlardan 235-i uşaqdır.

 

BMT bildirir ki, Kiyevin nəzarətində olmayan ərazilərdə isə 111 nəfər ölüb.

Xəbəri paylaş: