Aİ Rusiya sanksiyalarını yumşalda bilər

img

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması çərçivəsində bəzi qadağaların yumşaldılması imkanlarını müzakirə edir.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik qeyd edib ki, təşkilat Rusiya neftinin Aİ-yə məxsus gəmilərlə üçüncü ölkələrə daşınmasına dair təklif edilən qadağanı ləğv edə bilər.

 

Mənbələr bildirib ki, Aİ Rusiya neftini ixrac edən gəmilərin sığortasına qoyulan qadağanı ciddi şəkildə müzakirə edir. Bu qərar qüvvəyə minərsə, ixraca ciddi maneə yaradacaq.

Xəbəri paylaş: