
Ötən gecə Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Rezonans.az xəbər verir ki, saat 21 radələrində Bərdə-Ağcabədi yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində Qarayev Fərzalı Mirzalı oğlu “ Mercedes” markalı avtomobillə Verdiyev Asəf Qamboy oğlunu vurub. Piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.