Ağcabədi rayonunda dönərxanada partlayış olub, 2 nəfər yaralanıb

img

Ağcabədidə dönərxanada partlayış olub.

Rezonans.az FHN-ə istinadən xəbər verir ki, Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.

Xəbəri paylaş: