
Şuşa şəhərində mina partlayıb.
Rezonans.az DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, hadisə bu gün saat 11:15 radələrində Şuşa şəhərində Tar sexi adlanan ərazidə baş verib. Elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Məlum olub ki, R.Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.