
“Bu, Ermənistan və Azərbaycan tərəfləri arasında etimadın möhkəmləndirilməsi tədbiridir”.
Rezonans.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller sosial media hesabında yazıb.
O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın 32 saxlanılanı azad etməsini alqışlayır:
“Bu, tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq”.