
“Vüqar Həşimov Memorial-2023” superturnirində 1-ci turun cütləri bəlli olub.
Rezonans.az xəbər verir ki, püşkatma mərasimi Heydər Əliyev Konqres Mərkəzində baş tutub.
Bu gün keçiriləcək 1-ci turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
Nicat Abasov (Azərbaycan) – Yorden Van Forest (Niderland)
Vidit Santoş (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rixard Rapport (Rumıniya)
Boris Qelfand (İsrail) – Arjun Eriqaisi (Hindistan)
Aydın Süleymanlı (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan)
Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar.