"İlham Əliyev və Vladimir Putin arasında etimad və dostluq münasibətləri, Azərbaycan və Rusiya arasındakı müttəfiqlik və strateji tərəfdaşlığın əsası, uzun illər davam edən əməkdaşlığın dayağıdır".
Rezonans.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
"Qarşılıqlı səfərlərin artması, beynəlxalq aləmdə qarşılıqlı dəstək, birgə keçirilən tədbirlər buna bir daha sübutdur. Sevindirici haldır ki, komissiyanın 20 illik yubiley iclası Heydər Əliyev ilində keçirilir. Fürsətdən istifadə edərək biz bir daha rusiyalı həmkarlarımıza Rusiyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirik”, - deyə Əli Hüseynli vurğulayıb.