
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Rezonans.az xəbər verir ki, turun son matçında "Qəbələ" klubu "Neftçi"ni qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən "ağ-qaralar" isə 50 xalla 2-ci sırada qərarlaşıb.