Gəncədə toyda qonaqları bıçaqlayan şəxslər tutuldu

img

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd edək ki, hadisə 2 gün əvvəl Gəncə şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Xəbəri paylaş: