2022-ci ildə 950 xarici vətəndaş Ermənistandan sığınacaq istəyib. Onlar arasında 472 Ukrayna vətəndaşı olub.
Rezonans.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Statistika Komitəsi yayıb.
Digər məlumata görə, Qarabağı könüllü tərk edən erməni sakinlərin Ermənistandan Rusiya, Fransa və digər ölkələrə axını müşahidə edilir.
Bununla yanaşı qeyd olunub ki, ötən il Ermənistandan sığınacaq istəyən əcnəbilərdən 199 nəfəri İraq, 101 nəfəri İran, 18 nəfəri isə Rusiya vətəndaşıdır.