Misirdə üç günlük matəm elan edilib

img

86 yaşında vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

Rezonans.az xəbər verir ki, bu barədə respublika rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbuk səhifəsində yerləşdirilmiş fərmanında deyilir.

“Misir xalqı liderinin, ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsi və Küveyt xalqına çoxlu səy və səxavət göstərən böyük və müdrik insanın vəfatından kədərlənir”, - bildirilib.

Xəbəri paylaş: