“Qatarların sürət həddi bərpa olunub” - ADY

img

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə Azərbaycan Dəmir Yollarından (QSC) Rezonans.az-a bildirilib.

“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur” ,- məlumatda qeyd olunub.

Xəbəri paylaş: