Makron Kiyevə səfər edə bilər, amma...

img

Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfər edə bilər. Lakin bunun üçün lazımi şərtlər yerinə yetirilmədi.

Rezonans.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Ann-Kler Lejandr açıqlamasında bildirib.

Fransız diplomat şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.

“Fransa Prezidenti Kiyevə səfərini istisna etmir. Bu səfərə kömək edə biləcək praktiki faktorlar yoxdur” - , - o deyib.

Xəbəri paylaş: