Daha bir ölkə səfirliyini Kiyevə qaytarır

img

Yunanıstan Ukraynanıpaytaxtında firliyini yenidəmaq rarına lib. Ölkənin Odessadakı baş konsulluğu da fəaliyyətini davam etdirəcək.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan az sonra Kiyevi tərk edən diplomatik missiya yenidən şəhərdə işləyəcək.

Ona Yunanıstanın Mariupoldakı baş konsulu olmuş Manolis Androulakis rəhbərlik edəcək.

Səfirlik Odessadakı Baş Konsulluğu ilə birlikdə adi qaydada fəaliyyət göstərərək, Yunanıstan vətəndaşlarına, eləcə də Ukraynadakı yunan mühacirlərinə hər cür yardım göstərməyə davam edəcək.

Bununla yanaşı, Yunanıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ukraynaya səfər etməyi hələlik tövsiyə etmir.

Xəbəri paylaş: