Böyük Britaniyada 59 il sonra bir ilk

img

Böyük Britaniya parlamentinin yeni qanunvericilik sessiyasının açılışı olub. İngiltərə kraliçası II Elizabet 59 ildən sonra ilk dəfə səhhətindəki problemlərə görə açılışa qatıla bilməyib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə parlamentin açılışını simvolizə edən ənənəvi çıxışı səhhətində yaranan problemlər səbəbindən bu il iştirak edə bilməyən 96 yaşlı kraliça II Elizabetanın yerinə onun oğlu Şahzadə Çarlz edib.

Kraliçanın 3000 brilyantla bəzədilmiş tacı və digər mühüm mərasim aksesuarları Birminqem Sarayının yüksək vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı vaqonlarda parlamentə aparılıb və mərasimin sonunda saraya qaytarılıb.

Tac kraliça Elizabetin oturmalı olduğu yerə qoyulub.

Mərasimə qatılan Şahzadə Çarlzın həyat yoldaşı Kornuol hersoqinyası Kamila və oğlu Şahzadə Vilyam çıxışın edildiyi taxtın hər iki tərəfində yerləşdirilən stullarda yerlərini tutublar.

Mərasim təyin olunmuş şəxslərdən ibarət parlamentin yuxarı palatası olan Lordlar Palatasında keçirilib.

Kraliça Elizabetin açılışda iştirak etməməsi ilə bağlı Birminqem Sarayı bəyanat yayıb. Bəyanatda deyilir ki, Kraliçanın səhhətindəki problemlər davam edir və həkimləri ilə məsləhətləşərək, könülsüz olaraq parlamentin açılışında iştirak etməmək qərarına gəlib.

Qeyd  edək ki, Kraliça Elizabet sonuncu dəfə 1963-cü ildə bu mərasimdə iştirak edə bilməyib.

Xəbəri paylaş: