Bu ölkələrin vətəndaşları Rusiya vizaları üçün rüsum ödəyəcəklər

img

 prezidenti Vladimir Putin bütün Avropa İttifaqı ölkələri, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn vətəndaşlarının Rusiya vizalarına görə yeni rüsum ödəmələrini tələb edən qanunu imzalayıb.

Rezonans.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya və Aİ-nin 25 may 2006-cı ildə imzaladıqları “Vizanın sadələşdirilməsi saziş”lə vətəndaşların viza müraciətlərinin araşdırılması, qəbulu və əldə edilməsi şərtləri sadələşdirilib.

Aİ 2022-ci il sentyabrın 12-də sözügedən sazişin müddəalarını dayandıraraq, ruslara viza verilməsini çətinləşdirib. Moskva isə, öz növbəsində Aİ-nin bu addımına cavab verib.

Rusiya prezidenti Putin 2006-cı il tarixli razılaşma ilə viza rüsumundan azad olan bütün Avropa İttifaqı ölkələrinin, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn vətəndaşlarını yenidən viza rüsumunu ödəməyə məcbur edib.

İmzalanan qanunda sözügedən ölkələrin vətəndaşları üçün viza rüsumu 35 avro olaraq müəyyən edildiyi halda, bu məbləğ vizanın təcililiyinə və giriş-çıxış sayına görə 300 avroya qədər dəyişə bilər.

Xəbəri paylaş: