Şoyqu Marinkanın tamamilə ələ keçirildiyini elan etdi

img

Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nda yerləşən Marinka şəhərinə tam nəzarəti ələ keçirib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə zamanı məlumat verib.

“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, - Şoyqu bildirib.

Müdafiə naziri qeyd edib ki, Marinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verir. Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə xüsusilə fərqləniblər.

Putin cavab olaraq Marinkanın ələ keçirilməsində əməyi olan hər kəsə ən səmimi təbrikləri və minnətdarlıq sözlərini çatdırmağı xahiş edib.

Xəbəri paylaş: