MDB liderləri bu gün Sankt-Peterburqda görüşəcəklər

img

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri bu gün Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi sammit çərçivəsində görüşəcəklər.

Rezonans.az xəbər verir ki, sammit uzun illərdir ki, dekabrın sonunda görüşən dövlət başçıları arasında ənənəvi ünsiyyət formatıdır.

2024-cü ildə MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçəcək.

MDB hazırda 11 ölkədən ibarətdir: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna.

Putinin sözlərinə görə, de-fakto Moldova və Ukrayna uzun müddətdir ki, assosiasiyanın fəaliyyətində iştirak etmir. Moldova yaxın müddətdə MDB-dən çıxmağı planlaşdırır.

Xəbəri paylaş: