“Qarabağ” ilk transferini reallaşdırmaq üzrədir

img

Mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” qış “transfer pəncərəsi”ndə ilk transferini reallaşdırmaq üzrədir.

Rezonans.az xəbər verir ki, Qurban Qurbanovun komandası “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevlə anlaşmaq üzrədir.

Klubdan verilən məlumata görə, transfer artıq son mərhələdədir. Aleksey İsayevə görə “Qarabağ” “Sabah”a transfer məbləği də ödəyəcək.

Xəbəri paylaş: