Ağacları kəsən şəxs saxlanıldı

img

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

Bu barədə Rezonans.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Xəbəri paylaş: