NATO fonduna 37 milyon dollar yardım edəcəklər

img

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko NATO fonduna 37 milyon dollar yardım edəcəyinə söz verib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamikava Kiyevə səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə mətbuat konfransında danışıb.

Kamikava açıqlamasında Ukraynaya dəstək vermək üçün NATO fonduna 37 milyon dollar ayıracağını vəd edib.

Rusiyanın hücumlarını qınadıqlarını təkrarlayan Kamikava, həmçinin Ukraynaya sığınacaqların tikintisi, qadın və uşaqlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı köməklik edəcəyinə söz verib.

Xəbəri paylaş: