Netanyahu nazirləri test edəcək

img

İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin yalan detektoru testlərindən keçməsini tələb edən qanun layihəsi təqdim etməyi planlaşdırır.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirləri yalan detekoru testindən keçirməklə üçün qanun təklif etməyi planlaşdırdığını bildirib.

Netanyahu bu planı Nazirlər Kabinetinin iclasında açıqlayıb:

 “İsrail parlamenti gizli olan xəbərlərin sızdırılması problemindən əziyyət çəkir. Belə davam edə bilmərik”.

Qeyd edək ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclası Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında gedən qızğın müzakirələrlə yadda qalıb.

Müxalif  “Gələcək Var” Partiyasının lideri Yair Lapid, “Kabinetdən sızmalar biabırçılıqdır və kabinetin təhlükəli olduğunun başqa bir sübutudur” , - deyib.

Xəbəri paylaş: