Bu gündən prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına başlanılır

img

Bu gündən prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın aparılmasına başlanılır.

Rezonans.az-ın məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Belə ki, 2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı saat 8.00-da dayandırılır.

Təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparılır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan prezident seçkiləri keçiriləcək.

Xəbəri paylaş: