Gürcüstanda tutulan şəxs Azərbaycana gətirildi

img

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub.

Rezonans.az xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Azərbaycan vətəndaşı Hüseynli Cavid Sabir oğlu Gürcüstandan ekstradisiya edilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Xəbəri paylaş: