Qəzzada ölənlərin sayı 25 mini keçdi

img

Qəzza zolağında öldürülənlərin sayı 25 min 105-ə yüksəlib. 

Rezonans.az xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xəsarət alanlarda isə bu rəqəm 62 min 681-ə çatıb.

Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Xəbəri paylaş: