Hakan Fidan Nyu-Yorka gedəcək

img

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka səfər edəcək.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Nazirimiz 2024-cü il yanvarın 23-də BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Səfər çərçivəsində onun ikitərəfli görüşlər də keçirməsi planlaşdırılır", - deyə məlumatda deyilir. 

Xəbəri paylaş: