Türkiyənin Moskvadakı səfiri Lavrovun müavinləri ilə görüşüb

img

Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib.

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. 

Tərəflərin Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya və Ukraynadakı vəziyyətlə də bağlı fikir mübadiləsi apardığı bildirilib. 

Məlumata görə, Rusiya xarici işlər nazirinin digər müavini Andrey Rudenko da bu gün türkiyəli səfirlə görüş keçirib. Rudenko Bilgiçlə iki ölkə arasında münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Xəbəri paylaş: