Qəzzadakı israilli məhbusların yaxınları İsrail parlamentinə basqın etdi

img

Yaxınları HƏMAS tərəfindən əsir götürülən bir qrup şəxs İsrail parlamentinə (Knesset) basqın edərək deputatlardan yeni məhbus mübadiləsi sazişi üzərində işləməyi tələb edib.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Qərbi Qüdsdə İsrail parlamentində Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olub.

“Onları (məhbusları) geri gətirin” yazılı köynəklər geyinmiş və əllərində plakatlar tutan nümayişçilər deputatları HƏMAS ilə yeni məhbus mübadiləsinə çağırıb.

Qeyd edək ki, İsrail ordusunun bəyanatına görə, Qəzza zolağında 136 israilli məhbus var.

Xəbəri paylaş: