Qazaxda ötən il dövriyyədən 8 kq-a yaxın narkotik vasitə çıxarılıb

img

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xanlıqlar kənd orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. 

Rezonans.az xəbər verir ki, məktəbin  müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə çıxış edən Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov bildirib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirilən bu tədbirlər nəticəsində 2023-cü il ərzində ümumilikdə 61 fakt aşkarlanıb. Aşkar olunan faktlardan 8-i narkotik vasitələrin satışı, 50-si qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama, 3-ü isə qannsuz olaraq narkotik vasitələrin kultivasiyası ilə bağlıdır ki, bu zaman qanunsuz dövriyyədən 8 kq-a narkotik vasitə çıxarılıb. Çıxarılan narkotik vasitələrən 2 kq 711 qramı güclü təsir edici narkotik vasitələrr sinfinə aiddir. Şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 11 ton 850 kq olan 26.950 ədəd narkotik xassəli çətənə kolları yığılaraq məhv edilib. Polis polkovniki narkotikin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.

Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan Qazax Rayon Prokuroru Rauf Gözəlov, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirilib ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.

Xəbəri paylaş: