Qatarda halı pisləşən sərnişin vəfat etdi

img

Metronun “Həzi Aslanov”- “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşib. Bununla bağlı maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Rezonans.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimala görə, 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Xəbəri paylaş: