“Ermənistan bu məsələdə də əməkdaşlıqdan yayınır”

img

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər görülür.

Rezonans.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev ötən ilin yekunlarına həsr edilmiş Kollegiya iclasında deyib.

Baş prokuror qeyd edib ki, mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir.

Xəbəri paylaş: