Narkotiklə tutulan keçmiş məhkumun başqa cinayətləri üzə çıxdı

img

Sumqayıtda keçmiş məhkum narkotiklə tutulub.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.

Xəbəri paylaş: