Şiddətli istilər 3 nəfərin həyatına son qoydu

img

Pakistanın bəzi bölgələrində temperatur 51 dərəcə selsiyə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə ölkənin "92 Nefes" telekanalı məlumat yayıb.

 

İstilər nəticəsində ən azı 3 nəfər ölüb.

 

Meteorologiya rəsmilərinin məlumatına görə, cənubda Sind və şimal-şərqdə Pəncab qızmar istidən ən çox təsirlənən bölgələr olub. İsti havanın ən azı daha bir həftə davam edəcəyi gözlənilir.

Xəbəri paylaş: