Putin seçkilərdə namizəd kimi qeydə alınıb

img

Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putini prezident seçkilərində namizəd kimi qeydə alıb.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya MSK-nın sədri Ella Pamfilova açıqlayıb.

Onun sözlərinə komissiya bu barədə qərarı yekdilliklə qəbul edib. 

Qeyd edək ki, V.Putin seçkilərdə namizədliyi qeydə alınan 4-cü namizəd olub. Bundan əvvəl Rusiya MSK Leonid Slutski, Vladislav Davankov və Nikolay Xaritanovun namizədliyini qeydə alıb. 

Onu da xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.

Xəbəri paylaş: