Paşinyan Xarici Kəşfiyyat Xidmətinə göstərişlər verdi

img

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi və əməkdaşları ilə görüşüb.

Rezonans.az xəbər verir ki, görüş zamanı ona Xidmətin formalaşdırılması üzrə işlərin gedişi və 2024-cü il üçün fəaliyyət planı barədə məlumat verilib.
Müasir çağırışlara qarşı mübarizə, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətin inkişafındakı rolu və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazir Xidmət qarşısında konkret tapşırıq və göstərişlər qoyub.

Xəbəri paylaş: