Hikmət Hacıyev Pakistan səfirini qəbul edib

img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Rezonans.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edib.

"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam", - B.Hayee qeyd edib.

Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:

"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq".

Xəbəri paylaş: