Rusiya Finlandiya ilə sərhədi gücləndirəcək

img

Finlandiya NATO-ya daxil olarsa və alyansın zərbə silahlarını öz ərazisində yerləşdirərsə, Rusiya ümumi sərhəddə qoşun qruplaşmasını gücləndirəcək.

 

Rezonans.az xəbər verir, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bildirib.

 

O iddia edir ki, bu qərar Vaşinqtonun təsiri altında verilib.

 

"Amerikalılar üçün Finlandiya ərazisini öz təsir zonası, NATO-nun təlimləri və təxribatları üçün daimi tramplin, həmçinin Şimali Atlantika blokunun silahlarının sınaq poliqonu və Amerika hərbi bazasının yerləşdiyi yer kimi görür", - deyə Bondarev qeyd edib.

Xəbəri paylaş: