Rusiya 200-ə yaxın hərbi əsiri Ukraynaya verdi

img

Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfi 195 ukraynalı hərbi əsir təhvil verib və əvəzində eyni sayda rus hərbi əsiri qəbul edib.

Mübadilənin harada baş verdiyi barədə məlumat verilməyib.

Xəbəri paylaş: