Putin vurulan təyyarənin ekspertiza nəticələrini açıqladı

img

“İL-76 Amerika Patriot sistemi tərəfindən vurulub, bu, ekspertiza ilə müəyyən edilib. Rusiya təyyarənin vurulması ilə bağlı beynəlxalq təhqiqatın aparılmasında israrlıdır”.

Rezonans.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ekspertizanın nəticələrini açıqlayarkən deyib.

Rusiya Prezident qeyd edib ki, “Patriot” raketi Ukraynanın nəzarətində olan ərazidən buraxılıb. Onun fikrincə, Kiyev təsadüfən əsir götürdüyü ukraynalılarla İl-76-nı vursa belə, bu, yenə də ağır cinayətdir.

“Niyə bunu etdilər? Mən bilmirəm, başa düşmürəm”, - Putin bildirib.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində altı ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri və üç müşayiətçi olub. Onların hamısı hadisə nəticəsində ölüb.

Xəbəri paylaş: