Mahirin komandası Xorvatiya çempionu oldu

Mahirin komandası Xorvatiya çempionu oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

 

Rezonans.az xəbər verir ki, komanda 35-ci turun səfər matçında “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək çempionluğa nail olub.

 

Bu qələbə ilə xallarının sayını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir həlledici görüşdə sonadək ehtiyatda qalıb.

 

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

Xəbəri paylaş: