Bu yolda sürət həddi endirildi

img

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Rezonans.az-a verilən məlumata görə, bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbəri paylaş: