Aİ Rusiya ilə bağlı razılığa gələ bilmədi

img

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı vahid mövqedə razılığa gələ bilməyiblər.

 

Rezonans.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel məlumat verib.

 

O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək.

 

"Müzakirələri davam etdiririk. Təəssüf ki, bu gün altıncı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı", - deyə Borrel bildirib.

Xəbəri paylaş: